Главная > Mədəniyyət > Azərbaycanın xalq artisti GİLEYLƏNDİ: “Evdə oturub ölümümü gözləyirəm”
Azərbaycanın xalq artisti GİLEYLƏNDİ: “Evdə oturub ölümümü gözləyirəm”13-04-2022, 14:00. Разместил: admin |
“İnstitutu bitirəndən sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım”. “Azadsəs.az” xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov verilişlərin birində deyib. O, evdə oturub ölümünü gözlədiyini bildirib: “Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Mən yaratmaq istəyirəm. Maaş vermə, Prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötrü vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötrü gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim ki, subay. Dedi ki, özünü sənətdə tapsan, evlənərsən. Gördüm, tapmadım, getdim evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim”. Kərimovun sözlərinə görə, “Bəxt üzüyü” filmindəki yaratdığı “Moşu” obrazı ona həyatda çox mane olub: “İndi-indi hamı adımı bilir. İndiyə kimi “Moşu”, “xalq” deyirlər. Xalqın içindən çıxmış insandır. Orada (“Bəxt üzüyü” filmini nəzərdə tutur - red.) xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm, pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da, alınmaz. Rədd edin, getsin. Bu məni çox incidib. Axı məni başqa obraz üçün qrim də etmək olardı...” Вернуться назад |