Главная > Mədəniyyət > Şvartsenegger Rusiya xalqı və Putinə müraciət etdi

Şvartsenegger Rusiya xalqı və Putinə müraciət etdi


18-03-2022, 11:19. Разместил: admin
Əfsanəvi Hollivud aktyoru və Kaliforniyanın eks-qubernatoru Arnold Şvartsenegger Rusiya xalqına videomüraciət edib.

“Azadsəs.az” xəbər verir ki, o, videomüraciəti tviter səhifəsində yerləşdirib.

Aktyor Rusiya ilə əlaqələrini xatırlayıb, İkinci Dünya müharibəsində iştirak edən və ömür boyu özünü günahkar hesab edən atasının hekayəsini danışıb. Aktyor “denatsifikasiya”nın niyə yalan və təbliğat olduğunu izah edib və cəsarət toplayıb müharibəyə qarşı etiraz edən rusiyalılara müraciət edib: “Dünya sizin cəsarətinizi görəcək... Sizdə əsl Rusiya ürəyidir”.

Şvartsenegger rusiyalı əsgərlərə də müraciət edib: “Bu, bizim baba və ulu babalarımızın vuruşduğu Rusiyanın müdafiəsi üçün müharibə deyil. Bu, qeyri-qanuni müharibədir. Sizin həyatlar, sizin əl-ayağınız, sizin gələcəyiniz bütün dünyanın qınadığı mənasız müharibə üçün qurban verilir”.

O, doqquzdəqiqəlik çıxışının sonunda Rusiya Prezidenti Vladimir Putinə səslənib: “Siz bu müharibəni başladınız. Siz bu müharibəni aparırsınız. Siz bu müharibəni dayandıra bilərsiniz”.
Вернуться назад