Главная > Mədəniyyət > AzTV-nin efirində aparıcının saçlarını kəsdilər - VİDEO

AzTV-nin efirində aparıcının saçlarını kəsdilər - VİDEO


20-05-2020, 12:12. Разместил: azadses
AzTV-də yayımlanan “Gün başladı” proqramının aparıcısı Xədicə Sənanqızı gözlənilməz sürprizlə qarşılaşıb.
Azad Səs xəbər verir ki, sözügedən verilişdə qonaq olan dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev əlinə qayçı alaraq, aparıcının saçlarını kəsib.“Həyatım boyu başıma belə bir oyun gəlməmişdi. Veriliş gedə-gedə saçımı kəsdilər. Bu, sizə borc olsun. Saçlarımı neçə ildir uzadıram”, - deyə X.Sənanqızı bildirib.
Öncə üzündən narahatlıq hiss olunan aparıcı güzgü qarşısına keçəndən sonra A.Ağakişiyevin əl işini bəyəndiyini vurğulayıb.


Вернуться назад