Главная > Mədəniyyət > Emin Ağalarov maniken arvadından ayrıldı

Emin Ağalarov maniken arvadından ayrıldı


14-05-2020, 09:56. Разместил: azadses
Xalq artisti Emin Ağalarov həyat yoldaşı, rus maniken Alyona Qavrilovadan ayrılıb.
Azad Səs-in məlumatına , o, bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.
“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, - deyə Ağalarov qeyd edib.
Alyona Qavrilova da ayrılığına münasibət bildirib. O, bu barədə instaqram hesabında qeyd edib: "Mənə özümə gəlməyə vaxt verin. Mənim üçün çox ağırdır. Bu gün də anamın ad günüdür. Anlayışınız üçün təşəkkür edirəm".
Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci ilin iyul ayında ailə qurmuşdu.

View this post on Instagram

Это был действительно счастливый день в нашей жизни! К сожалению, не все получилось как мы планировали, я искренне благодарен тебе за каждый день прожитый вместе и, конечно, за нашу чудесную дочь Афину! Ты невероятно добрый, особенный человек. Следущий важнейший этап в нашей жизни, конечно, воспитание нашего чудесного ребёнка, и у нас все обязательно получится. 🙏🏽 Мы многое вместе прошли и у меня к тебе чувство огромного уважения и благодарности, которое я хочу пронести через всю свою жизнь.

A post shared by eminofficial (@eminofficial) on


Вернуться назад