Главная > Mədəniyyət > Ramiz Abutalıbov dünyasını dəyişdi

Ramiz Abutalıbov dünyasını dəyişdi


1-01-2022, 22:23. Разместил: admin
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə rejissor Tahir Tahiroviç məlumat verib.

R.Abutalıbov bu gün axşam saatlarında Moskvada dünyasını dəyişib.

Xatırladaq ki, diplomat ötən ilin noyabrında yıxılaraq xəsarət aldığı üçün Moskvada xəstəxanaya yerləşdirilmişdi.

İctimai xadim 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. O, 2016-ci ilin oktyabr ayından Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!
Вернуться назад