Главная > Mədəniyyət > Mediada çalışanlar beş il vergidən azad oluna bilərlər
Mediada çalışanlar beş il vergidən azad oluna bilərlər9-12-2021, 22:16. Разместил: admin |
Bu gün Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. “Azadsəs.az” xəbər verir ki, media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunmuş görüşdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulanıb. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan yararlanması üçün layihələr üzərində iş gedir. Onun sözlərinə görə, agentlik həm “Media haqqında” qanunun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyir. Məcəlləyə dəyişikliklərdə isə jurnalistlərə, media subyektlərinə beş il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Təkliflər arasında media subyektlərinin həm mənfəət, həm də ƏDV-dən azad edilməsi var. Вернуться назад |