Главная > Mədəniyyət > Gənc jurnalist və bətnindəki körpəsi koronavirusdan vəfat etdi
Gənc jurnalist və bətnindəki körpəsi koronavirusdan vəfat etdi18-11-2021, 19:26. Разместил: admin |
Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib. “Azadsəs.az” Modern.az-a istinadən xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub. O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib. Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub. Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib. Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb. Вернуться назад |