Главная > Mədəniyyət / Manset > Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib
Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib27-05-2021, 13:50. Разместил: azadses |
Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub. “Report”un xəbərinə görə, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Xalq artistinin xanımı Zümrüd Əzizbəyli “Report”a açıqlamasında bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır: “Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-a yoluxub, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”. Вернуться назад |