Главная > Mədəniyyət / Manset > Məşhur rep ifaçısının taleyi barədə ailəsi qərar verəcək
Məşhur rep ifaçısının taleyi barədə ailəsi qərar verəcək8-04-2021, 14:00. Разместил: azadses |
Narkotik istifadəsindən sonra komaya düşən rep ifaçısı DMX-in (Erl Simons) taleyi barədə ailəsi qərar verəcək. TMZ portalının məlumatına görə, bu barədə ifaçının meneceri Stiv Rifkind bildirib. Onun sözlərinə görə, həkimlər pasiyentin üzərində bir sıra testlər həyata keçirəcəklər. “Bundan sonra ailə nə edəcəyi ilə bağlı qərar verəcək. Dua və dəstəkləriniz üçün minnətdarıq”, - deyə Rifkind əlavə edib. Qeyd edək ki, DMX aprelin 2-də xəstəxanaya yerləşdirilib. O, yüksək dozada narkotik qəbul etməsi ilə əlaqədar huşunu itirib, sonra isə ürək tutması keçirdib. Sonradan artistin vegetativ vəziyyətə düşdüyü barədə xəbərlər yayıldı. Həkimlər onun bir daha həyata qayıtmama ehtimalı barədə yaxınlarını xəbərdar ediblər. Qeyd edək ki, DMX “Party Up” (“Up in Here”), “Dogs Out”, “X Gon Give It To Ya” kimi hitlərin müəllifidir. O, həmçinin “Romeo Must Die”, “Belly”, “Cradle 2 the Grave”, “Darkness on the Edge of Town” və “Never Die Alone” kimi filmlərdə çəkilib. Вернуться назад |