Главная > Mədəniyyət > Gürcüstanın “Avroviziya” təmsilçisi müsabiqədən kənarlaşdırıla bilər

Gürcüstanın “Avroviziya” təmsilçisi müsabiqədən kənarlaşdırıla bilər


19-03-2021, 08:47. Разместил: azadses
Gürcüstan vətəndaşları “Avroviziya 2021” mahnı müsabiqəsində ölkələrinin müğənni Tornike Kipiani tərəfindən təmsil olunmasına qarşı çıxıblar.
“İzvestia” nəşrinin məlumatına görə, onlar bu gündən etibarən ifaçının müsabiqədən kənarlaşdırılması üçün petisiya tərtib edərək, imza toplamağa başlayıblar.
“Tornike özünün aqressiv və ləyaqəti alçaldan danışıq tərzi ilə tanınır. Ölkəmizin imicini qorumaq məqsədilə ictimai teleradio şirkətinə müraciət edir və ifaçının müsabiqədən kənarlaşdırılmasını tələb edirik”, - deyə petisiyada bildirilir.
Qeyd edək ki, Kipiani “Facebook” sosial şəbəkəsində öz tənqidçiləri və “Avroviziya” müsabiqəsi barədə təhqiramiz ifadələr işlədib.

Вернуться назад