Главная > Mədəniyyət > Ukraynada “Avroviziya” klipi ilə bağlı qalmaqal yaranıb

Ukraynada “Avroviziya” klipi ilə bağlı qalmaqal yaranıb


13-03-2021, 09:00. Разместил: azadses
Ukraynanı “Avroviziya” mahnı yarışmasında təmsil edəcək “Go A” qrupunun yeni klipi qalmaqal yaradıb.
“Korrespondent” nəşrinin məlumatına görə, müsabiqədə səsləndiriləcək “Səs” mahnısına çəkilmiş klip heyvan hüquqları müdafiəçilərinin tənqidinə tuş gəlib.
Müvafiq bəyanat “UAnimals” təşkilatının “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.
Sənəddə bildirilir ki, klipdə Ukraynanın “Qırmızı kitab”ına düşən nadir quş cinsindən istifadə olunub və yox olmaq təhlükəsi ilə üz-üzə qalan bir heyvan növü təmsilçisi çəkilişlərə qatılmaqla onun həyatı riskə atılıb. Bu isə qətiyyən yolverilməzdir. Heyvan müdafiəçilərinin sözlərinə görə, nadir cinslərdən yalnız elmi və seleksiya məqsədlərilə istifadə etmək olar.
Musiqi qrupu sözügedən bəyanata, hələ ki, münasibət bildirməyib.
Qeyd edək ki, builki “Avroviziya” yarışması 18-22 may aralığında Rotterdamda keçiriləcək. Müsabiqədə 41 ölkənin təmsilçisinin iştirakı gözlənilir.

Вернуться назад