Главная > Mədəniyyət / Manset > Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” - FOTO

Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” - FOTO


8-03-2021, 15:00. Разместил: azadses
Xalq artisti Röya sosial şəbəkədə anası ilə fotolarını paylaşıb. 
Fotonun paylaşılma səbəbi 8 Mart Beynəlxalq Qadınlar Günüdür. 
Röya fotonu belə şərh edib: 
“Mən ilk dəfədir, anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o həm çalışıb, həm də bizə baxıb, böyüdüb.
İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı məni, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni, anam bütün bu əziyyətləri keçmiş bir qadındır.
Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, birinci mərtəbədən beşinciyə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəyəm ki, heç kəsə möhtac qalmayasan, öz evin olacaq, kirayədə qalmayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!
Anam kimi yüzlərlə belə zəhmətkeş xanım var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!
Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm!”





Вернуться назад