Главная > Mədəniyyət > "Efir olmasa, siz məşhurlaşa bilməzsiniz" - Zaur Xatirəyə söz atdı

"Efir olmasa, siz məşhurlaşa bilməzsiniz" - Zaur Xatirəyə söz atdı


24-02-2021, 12:11. Разместил: azadses
Teleparıcı Zaur Kamal müğənni Xatirə İslamın bostanına daş atıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, aparıcısı olduğu "7 Canlı" proqramında qonaq olan müğənni Manaf Ağayev və Aqşin Taryeloğlunun cibinə pul qoyub.

O Xatirəyə söz ataraq, “belə olmalıdır, müğənnilər istəyir” deyə bildirib.

Aparıcı daha sonra fikirlərinə “Biz sizi məşhur edirik, yuxarı qaldırırıq, tamaşaçıya sevdiririk. Efir olmasa, siz məşhurlaşa bilməzsiniz" - deyə davam edib.

Qeyd edək ki, bir neçə gün öncə Xatirə İslamın efirə çıxmaq üçün qonorar tələb etməsi xeyli müzakirə olunmuşdu.

Вернуться назад