Главная > Mədəniyyət > Faiq Ağayev: "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə...”
Faiq Ağayev: "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə...”22-02-2021, 16:40. Разместил: azadses |
Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, müğənni deyib: "Nə kimi əməlisalehlik etmisiniz ki, bu həyatda? - Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız. - Zorlanan qıza yox, cinayətkara can yandırdınız. - Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçitək göz dikib, "haramla yığıb da!" dediniz. - Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz. - Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz. İndi də intihar edənləri araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, Ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”. Вернуться назад |