Главная > Mədəniyyət > “O görüntüləri özümün də, işçilərimin də telefonundan sildim” - Könül Kərimova

“O görüntüləri özümün də, işçilərimin də telefonundan sildim” - Könül Kərimova


22-02-2021, 14:44. Разместил: azadses
"Pandemiyanın mənfi təsirlərindən birincisi odur ki, ruh düşkünlüyü yaradıb. Hər şey o qədər maraqsız olub ki... Yaddaşımızda belə problem yaranıb. Pandemiyanın mənə ən böyük mənfi təsiri belədir. Normal həyat rejimində deyilik”.
 
''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova deyib. Müğənni pandemiyanın ortaya çıxardığı çətinliklərdən danışarkən bildirib ki, əvvəldən özünə yaman gün üçün ehtiyat yığıb:
 
"Heç vaxt "Bu gün var, sabah Allah kərimdir” deyimi ilə yaşamamışam. Anam deyir, sən ağıllısan. Bu vəziyyət kimin ağıllı olub-olmadığını, kimin isə uzaqgörən olduğunu ortaya çıxartdı. Hər bir insanda uzaqgörənlik olmalıdır. Uşaq yaşlarımdan belə olmuşam. Əlimi nəyəsə uzadıb istəyəndə soruşurdum ki, "Bundan yenə var?”. Düşünmüşəm ki, kiminsə də ürəyi çəkər, bitdiyini görməsin. Bugünkü iş prinsipimə həmişə sabahımı, hətta o biri günümü düşünərək yanaşmışam. Bu hər zaman belə olub. Yəni heç vaxt ehtiyatımı əldən verməmişəm. Əgər belə olmasaydı, həyatımı narahatlıq içində keçirərdim.
 
Maddi vəziyyətimiz çətin, yaxud da orta olan vaxtlarda belə bu xasiyyət məndə olub və çox kömək edib. Əlavə biznesim yoxdur. Olsa belə nə faydası var? Onsuz da bir çox iş yerləri bağlandı”.
 
Müğənni pandemiya dövründə evini, maşınını satan şou-biznes nümayəndələri ilə bağlı isə bunları deyib:
 
"Müğənnilər, ya da musiqiçilər ən azından nəyisə tapıb sata bildi. Onlar üçün bu vəziyyətdən bir çıxış yolu oldu. Hər bir müğənni də bir yol tapdı və hər zaman da tapacaq. Fikrimcə, pandemiya ən çox gündəlik çörək pulunu qazanan insanlara mənfi təsir etdi. Etdiklərimi reklam etməyi, insanları əzməyi sevmirəm. Onsuz camaat sıxılıb, əzilib. Mən də əvvəl bir neçə evə yardıma getdim, köməkçilərim bu prosesi çəkdilər. Hiss etdim ki, ev sahibləri sıxıldılar. Uşaq kimi ağlayırdım. Çəkməyə imkan vermədim, işçilərimin də, özümün də telefonumdan həmin görüntüləri sildim. Onsuz insan sıxılıb, ona ikinci zərbə vurmaq olmaz. İndiyə kimi əl tutduğum ailələr var. Başqa ölkələrdən fərqli olaraq, biz daha çox sarsıldıq. Müharibə apardıq, itkilərimiz oldu. Anaların naləsi qulağımızdan getmir. Şükür torpaqlarımız alındı, o sevinci də yaşadıq”.

Вернуться назад