Главная > Mədəniyyət > “Əgər o müğənnini xoşlayırsansa, vurmayacaqsan...” – Xatirə

“Əgər o müğənnini xoşlayırsansa, vurmayacaqsan...” – Xatirə


20-02-2021, 12:05. Разместил: azadses
Bir neçə gündür müğənni Xatirə İslamın efirə çıxmaq üçün qonorar istəməsi müzakirələrə səbəb olub. Aparıcılar tərəfindən günlərdir qınanan Xatirə aparıcı Afaq Gəncəli ilə qalmaqal yaşayıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, aparıcının “Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir” fikri müğənnini özündən çıxarıb:
 
"Afaq, sən özün toylara 4000 manata gedirsən. O, zaman ATV-də veriliş apararkən maaş və qonarar almırsan? Ordan qonarar alırsansa, o zaman o verilişdə olan sənətçi də qonarar almalıdır. Çünki sən o verilişdə bəzənib-düzənib istədiyin kimi müğənnni sındırıb, qaldıra bilirsən. Müğənni də gəlib orda üç saatdan çox vaxtını sərf edir. Alınmır, bir də çəkirsiz. Hələ bilinmir müğənni o verilişdən çıxanda necə çıxacaq. Əgər sən o müğənnini xoşlayırsansa vurmayacaqsan, xoşlamırsansa, hardasa iynələyəcəksən. Demisən ki, “bunu dünya ulduzları edər”. Dünya ulduzlarından nəyimiz əskikdir ki?”

Вернуться назад