Главная > Mədəniyyət > “11 aydır işləmirik, artıq qarajımı satışa qoymuşam” – Faiq Ağayev

“11 aydır işləmirik, artıq qarajımı satışa qoymuşam” – Faiq Ağayev


11-02-2021, 15:24. Разместил: azadses
Xalq artisti Faiq Ağayev qarajını satışa çıxarıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, müğənni bu haqda lent.az-a müsahibəsində deyib. O bildirib ki, maddi sıxıntı yaşadığı üçün bu addımı atıb: "11 aydır işləmirik. Artıq qarajımı satışa qoymuşam. İstəyirəm ki, xərclərimin bir hissəsini o pulla bağlayım. Çox çətindir. Bu da elə mövzudur ki, adam irad bildirməyə də çətinlik çəkir. Çünki problem tək Azərbaycanda deyil. Bütün dünyada pandemiya ilə əlaqədar işsizlikdir".

Вернуться назад