Главная > Mədəniyyət > Aynişanın keçmiş həyat yoldaşı: “Ya yanılırsan, ya da inanırsan”

Aynişanın keçmiş həyat yoldaşı: “Ya yanılırsan, ya da inanırsan”


4-02-2021, 08:55. Разместил: azadses
Blogger Aynişan Quliyevanın keçmiş həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyev sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Kənan “İnstagram” hesabında izləyicilərinin suallarını cavablayıb.
 
- Həyat necə gedir?
 
- Bir müddət müşahidə etdim, nəticədə, çox gözəl gedir.
 
- Sizi nə sıxır, nə narahat edir?
 
- Məni heç bir şey sıxmır, nə də narahat etmir… Amma insanların çoxunda vicdansızlıq, şərəfsizlik, bilib-bilmədən danışıb haqqına girmə görəndə istər-istəməz bir az narahat edir.
 
- Sizcə, hər kəsə güvənmək olarmı?
 
- İndiki vaxtda ailənizdən başqa heç kəsə güvənməyin. Amma elə də olmur, insan güvənsiz yaşaya bilməz. Kiməsə güvənmək istəyirsən, ona görə biri ilə tanışlıq yaradırsan. Sonda ya yanılırsan, ya da inanırsan.
 
Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı bir neçə ay öncə idmançı həyat yoldaşından boşanıb.

Вернуться назад