Главная > Mədəniyyət > Faiq Ağayev gileyləndi: Bir ilə yaxın müddətdə məcburən…
Faiq Ağayev gileyləndi: Bir ilə yaxın müddətdə məcburən…3-02-2021, 12:08. Разместил: azadses |
Əgər kamil insansansa və sevgi görürsənsə, ona sevgi ilə cavab verməlisən. O sevgiyə sevgi ilə cavab vermək sənin borcundur. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu verilişlərin birində deyib. Müğənni pandemiyanın insanlararası münasibətlərə təsirindən də söz açıb: “Pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər insanların psixoloji durumuna ciddi, bir çox hallarda isə geridönməz neqativ təsir göstərməkdədir. Bir ilə yaxın müddətdə məcburən yarıdustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür. Sözüm ondadır ki, bu çətin dönəmdə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad, səbəbsiz nifrət, qəzəb, şiddət sərgiləməyək, lütfən. Qələbə, zəfər əldə edən bir xalq özünə, soydaşlarına qarşı daha qayğılı, daha həlim, daha həssas olmalıdır, əzizlərim. Sonsuz sevgi və sayğı ilə Sizin 100% F.A” Вернуться назад |