Главная > Mədəniyyət > "Pulsuzluq dərdi çəkmək çox gülməlidir"

"Pulsuzluq dərdi çəkmək çox gülməlidir"


26-01-2021, 17:12. Разместил: azadses
"Bir neçə gündür saytları açıb dəhşətə gəlirəm. İntihar edənlərin sayı çoxalır. Çoxu da gənclərdir. Cavan canınıza niyə qıyırsınız?".

''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yazıb. Sənətçi son günlər baş verən intihar hadisələrindən danışıb:

"Sizin yerinizdə olub, yaşamaq üçün mübarizə aparan nə qədər insan var, bilirsiniz? Sağlam canınızla həyatda mübarizə aparmaq, xəyallarınızın, istəklərinizin arxasınca qaçmaq əvəzinə, ölümü seçmək? Vallah, bu dünyada sevgi iztirabı, pulsuzluq dərdi çəkmək çox gülməlidir. Neçə yataq xəstəsi bir dəfə ayağa qalxmaq arzusu ilə yaşayır? Neçə gözləri görməyən insanın qəlbi günəşi bir dəfə görmək xəyalı ilə döyünür? Neçə onkoloji xəstə hər gün yaşamaq üçün mübarizə aparır? Cavan canınıza qıymayın. İndi sizə faciə kimi görünən şeylərə zamanla güləcəksiniz. Sizin ölümünüz sizə elə gəlir ki, kiməsə cəzadır. Amma bu belə deyil... Zamanla o insan üçün unudulacaqsınız. Gəncliyinizə heyfiniz gəlsin. Hərənin dağ boyda dərdi var, amma yaşamaq və sevinmək üçün o qədər gözəlliklər var. İntihar çıxış yolu deyil".

Вернуться назад