Главная > Mədəniyyət > Rəmişdən xəbər var

Rəmişdən xəbər var


25-01-2021, 11:39. Разместил: azadses
Rəmiş kimi məşhurlaşan Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Gülü musiqiçinin səhhəti haqda danışıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Shownews.az-a açıqlama verən Gülü bildirib ki, sosial şəbəkə və saytlarda Rəmişin müalicəsini kimlərinsə üzərinə götürməsi xəbəri həqiqəti əks etdirmir:

"Rəmiş öz pensiyası ilə müalicə olunur. Saytlarda guya kimlərsə onun müalicəsini öz üzərinə götürməsi haqda xəbərlər yayıldı. Bu yalandı".

Qeyd edək ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb.

Вернуться назад