Главная > Mədəniyyət > Pərvin Abıyeva Qabil Məmmədova cavab verdi: "Sən qulaqsız gəzməli idin"

Pərvin Abıyeva Qabil Məmmədova cavab verdi: "Sən qulaqsız gəzməli idin"


20-01-2021, 09:08. Разместил: azadses
Tanınmış aktrisa Pərvin Abıyeva blogger Qabil Məmmədova söz atıb.
 
"Əsas məsələyə gəlirəm. Qabil sənin dilin var kiməsə söz atasan? Sən bu günə kimi hamıya ağzına gələni dedin. Bir başı papaqlı insan sənin cavabını verə bilmədi. Sənsən vətən qədri bilən? Vətəni, xalqı sevən gedib illərlə Almaniyada oturub, arxasına Elçibəyin şəklini qoyub, camaatı söyməklə olmur. Özünü Elçibəyin davamçısı hesab edirsen. Elçibəyin özündən xəbərin var sənin? O necə tərbiyəli, mədəni insan olub. Onun danışıq tərzindən heç olmasa nümunə götürmüsən?  Utanmırsan o kişinin şəklini qoymusan, qabağında da açmısan komputeri ancaq söyüşlər söyürsən. Sən normal deyilsən. Bəyənmədiyin Kamil, bəyənmədiyin Tolik, bəyənmədiyin mən bir ayağımız səngərdə, bir ayağımız yardımlarda olub. Hələ də o bəyənmədiyin o insanlar xalqına nə qədər köməklik edir". - deyə o,bildirib.
 
Mediabaku.az

Вернуться назад