Главная > Mədəniyyət > Vüqardan Tacirə cavab: “Bu, kişiyə yaraşan addım deyil”

Vüqardan Tacirə cavab: “Bu, kişiyə yaraşan addım deyil”


14-01-2021, 17:46. Разместил: azadses
Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı Vüqar Muradov arasında mübahisə yaranıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, “Bazar Düzü”  proqramının qonağı olan sənətçilər arasında gərginliyə kişilərin estetik əməliyyatlar etdirməsi məsələsi səbəb olub.
 
Tacir Şahmalıoğlu  “kişilər estetik əməliyyat etdirməz, bu, kişiyə yaraşan addım deyil” – deyə açıqlama verib. .
 
T.Şahmalıoğlunun fikrinə qonaq olan Vüqar Muradov sərt reaksiya verib. O, həmkarının səhv danışdığını söyləyib:
 
““Kişiyə yaraşdırmıram” böyük və ağır sözdür. Mənim burnumda problem vardı, neçə dəfə də əzilmişdi. Ona görə əməliyyat olundum. Bundan əlavə də, 1.92 sm boyum var. Çəkim çox idi, qarnımın piylərini çıxartdırdım. Kim özünü necə rahat və xoşbəxt hiss edirsə, elə etməlidir. Kimisə qınamaq düzgün deyil.İndi də ayaq barmaqlarımda böyümə gedir. Əvvəl 45 sm ölçü ayaqqabı geyinirdim, indi 47 sm olub. Baş barmağım böyüdüyü üçün onu kəsdirəcəyəm”.

Вернуться назад