Главная > Mədəniyyət > Əməliyyatlardan sonra qida qəbul edə bilməyən aktrisa DANIŞDI
Əməliyyatlardan sonra qida qəbul edə bilməyən aktrisa DANIŞDI6-01-2021, 16:31. Разместил: azadses |
Türkiyəli aktrisa və eyni zamanda aparıcı Seren Serengil səhhəti ilə bağlı mətbuata açıqlama verib. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, səhhəti gündən-günə pisləşən Seren onun görkəmində olmaq istəyən qadınlara məsləhət verib. Çəkisi 70 kq-dan 46 kq-a düşən Seren Serengil: "Buradan xanımlara məsləhət vermək istəyirəm. Allah hər qadına gözəllik verib. Qaş, göz, burun, ağız. Bunları bəyənməyəndə, xarici görünüşümüzlə oynayırıq. Müxtəlif əməliyyatlar edirik. Etdirdiyimiz əməliyyatlar orqanizmimizi çökdürür. Zamanla xəstə düşürük. Ona görə də əməliyyat etdirməyin. Necə varsınızsa elə də qalın. Əsas odur ki, insanın qəlbi gözəl olsun", - deyə ifadə edib. Qeyd edək ki, 4 il əvvəl mədə kiçiltmə əməliyyatı etdirən Seren Serengil 70 kq-dan 46 kq-a düşüb. Ardından isə bağırsağ əməliyyatı etdirən Seren Serengil, yemək yeyə bilmir. Qəbul etdiyi qidalar bağırsağından sovrulur. Su içmir və vitamin ala bilmir. Bu səbəbdən də gündən-günə çəki itirir. Вернуться назад |