Главная > Mədəniyyət > Arif Quliyev danışdı: “Məni o qədər “öldürdülər” ki...”

Arif Quliyev danışdı: “Məni o qədər “öldürdülər” ki...”


3-01-2021, 12:41. Разместил: azadses
Ötən gün yerli mətbuatda Xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılıb.
 
Sənətkar bu cür şayələrə artıq öyrəşdiyini bildirib.
 
“Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib? Mən də zarafatcasına deyirəm ki, mən çöldəyəm, gözləyin bir dəqiqə evə zəng edim görüm dəqiqdir? (gülür). Arif Quliyev ad və soyadında təkcə mən deyiləm ki, o qədər insan var. Təbii ki, bu şayədir, məni o qədər “öldürdülər” ki, artıq özüm də ölümümə inanıram. Artıq bu şayələr mənə təsir etmir, heç vecimə də deyil” - deyə xalq artisti bildirib.
 
Moderator

Вернуться назад