Главная > Mədəniyyət > Müğənni: "Guya mən demişəm ki, əsgərlərə yardım edən deyiləm"

Müğənni: "Guya mən demişəm ki, əsgərlərə yardım edən deyiləm"


1-01-2021, 15:13. Разместил: azadses
Müğənni Afət Fərmanqızı ad gününü qeyd etməkdən imtina edib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə izləyiciləri ilə bölüşən ifaçı şəhidlərə görə doğum gününü qeyd etmədiyini deyib: “Mənə zəng edən qohumlar, dostlar, tanışlar, fanatlar, hər birinizə təşəkkür edirəm, amma doğurdan da bu il ad günü də, bayram da qara bayramdır mənim üçün və hər birimiz üçün. Mən ad günü əhvalında deyiləm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu il nəinki ad günü, yeni il qeyd etmək də haramdır mənə”.

Xanım müğənni bir müddət əvvəl haqqında yayılan xəbərlərin böhtan olduğunu bildirib:

“Bir ay öncə bəzi səhifələr yalandan başlıqlar yazdılar, guya mən demişəm ki, əsgərlərə yardım edən deyiləm. Məni gözdən salmaq üçün, söydürmək üçün sifarişli yazı idi. Mən o sözü pandemiya vaxtı etdiyim yardıma görə mənə “özünü reklam edirsən” deyən bəzi adamlara ünvanlamışdım. Ağzımdan “əsgər” sözü çıxmışdısa, o danışığı tapıb mənə sübut edən olsa, çıxıb üzr istəyəcəyəm. Nə istəsə o kəsə alacam. Allah o cür insanları islah etsin. Allah elə böhtan yazanların bəlasını versin!”.

Вернуться назад