Главная > Mədəniyyət > Müğənni Mətanət Əsədova: “Sənin oğlun əsgər gedib?”

Müğənni Mətanət Əsədova: “Sənin oğlun əsgər gedib?”


30-12-2020, 15:35. Разместил: azadses
"Lazımi qurumlara müraciət etmişəm. Əllərində sübutu olmayanlar mənə "qara piar" etməyə başlayıblar. Qanunlara güvənib, müvafiq orqanlara müraciət etmişəm. İstəyirəm haqq öz yerini tutsun. Bir söz demədən, faktları olmadan biri məni insanlarla üz-üzə gətirib".
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova İnstaqramda canlı yayımda deyib. Sənətçi bildirib ki, bir müddət əvvəl onun adından sosial şəbəkədə "Mən Qarabağa gedirəm? Getsin ora gedənlər yardım etsin" kimi sözlər yayılıb. Mətanət həmin sözləri işlətmədiyini, adını gizli saxladığı həmkarının onun adından belə məqalə yazdırdığını söyləyib:
 
 
 
"33 ildir sənətdəyəm, heç kimlə işim olmayıb. Bir-iki nəfər sakitləşdi, amma içlərində bir şeytan məndən əl çəkmir. Adamın hər şeyi var, amma işi elə mənimlədir. Bir-iki müğənnini də ətrafına yığıb. Olmayan görünüşü ilə düşüb ortaya. Allah sənə nə səs, nə görünüş, nə savad verib. Çünki için qaradır. Allah sənin ciyərini yandırsın, parça-parça ol. Hamının evini yıxırsan. Buradan ürəyim deyib, ordan saxta səhifələrini açıb camaata təhqirlər yazırsan.
 
Camaat sənin həyatından arzulayır, bəsdir. Başını sal aşağı, haramın olsun, ye. Mənimlə nə oyun oynayırsan? O birilərdən deyiləm. Yanındakına güvənirsən. Başına torba salıb yeyirsən. Elə bilirsən pulun var hər şey etməlisən? O müğənninin şəklini qoyursan, bununkün yayırsan. Sənin oğlun əsgər gedib? Məndən nə istəyirsən? Ərin hara baxır? Ancaq pul sayır? Niyə sənin ağzından vurmur? Müğənnisən, çörəyini qazan".Open.az

Вернуться назад