Главная > Mədəniyyət > Şəhid analarını TƏHQİR ETDİYİ deyilən MƏTANƏT "OD PÜSKÜRDÜ"

Şəhid analarını TƏHQİR ETDİYİ deyilən MƏTANƏT "OD PÜSKÜRDÜ"


29-12-2020, 16:45. Разместил: azadses
Göyçaylı müğənni Mətanət Əsədovanın açıq-saçıq geyimdə şəhid analarının və qazilərin yeni ilini təbrik etməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilir ki, müğənni "Mən şəhid analarını və qaziləri unutmamışam. Onları təbrik edirəm. 2021-ci ildə hər şey yaddan çıxacaq, onlar da normal həyata dönəcəklər" sözlərini deyib.

''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, müğənni öz "İnstagram" səhifəsində "canlı" açaraq olanlara aydınlıq gətirib:

"Şəhidlərimizdən ilindən sonra toylu-büsatlı günlərimizə qayıdaq. Şəhid analarının qarşısında baş əyirəm, onların körpələrini bağrıma basıram, qazilərimizə "Allah can sağlığı versin" deyirəm. Qazilərin yaralarına qurban olum. Bu yaraların hamısı bizə görə olub.

Məni necə tanıyırsınız, bilmirəm. 33 ildir ki, bu sənətdəyəm. Heç kimlə işim olmayıb. Bir-iki adam mənimlə bağlı "qara piar"la məşğul olub. Buradan o müğənnilərə səslənirəm. Yazıqsan! Allah sənə heç nə verməyib. Allahdan arzu edirəm ki, səni aram-parça olasan! Bir adam yoxdur ki, axıradək onunla çörək kəsəsən".

Вернуться назад