Главная > Mədəniyyət > “Daşımız düşsün haqqımıza girənlərin təpəsinə...”

“Daşımız düşsün haqqımıza girənlərin təpəsinə...”


26-12-2020, 10:52. Разместил: azadses
Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli onu və müğənni Şəbnəm Tovuzlunu qınaq obyektinə çevirənlərin qanun qarşısında cəzalandırılmasını tələb edib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, dünəndən bəri sosial şəbəkələrdə onların məclisdən çıxarkən çəkilmiş görüntüləri paylaşılaraq karantin qaydalarını pozduqları iddia edilirdi.
 
Sosil şəbəkə hesabında məsələyə aydınlıq gətirən şairə sözügedən görüntülərin iki il əvvələ aid olduğunu bildirib: “Guya biz karantini pozmuşuq. İki il öncə Gürcüstanda toydan çıxıb hava limanına gedərkən çəkdiyimiz videodur. İndi həmin cütlüyün şirin bir oğlu da var. İki il bəlkə də çox... iki il öncə korona vardı? Yəqin xatılayanlar oldu, çoxunuz da yazmışdınız ki, içkiliyik. Halbuki, kefimiz kök idi deyə əylənirdik və içkili olan yox idi. Bu səhifənin sahibinin qanun qarşısında cəzalanmasını tələb etməliyik. Daşımız düşsün haqqımıza girənlərin təpəsinə”.

Вернуться назад