Nazir: "Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır"
- 15-12-2023, 11:19
- Mədəniyyət
Elm və təhsil naziri Emin Əmrullayev növbəti 5 ildə hədəfin pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaq olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında qeyd edib.
Onun sözlərinə görə, pandemiya dövrünün təhsilə təsirləri uzunmüddətli olacaq. Tədqiqat və araşdırmalar da məhz bu istiqamətdə aparılmalıdır.
Nazir vurğulayıb ki, hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır: "Pandemiyanın emosional baxımdan təhsilə verdiyi təsirlər həllini tapmalıdır. Həmin müddətdə təhsil 200 gündən artıq distant formada keçirildi və 158 mindən çox şagird məktəbə bu formatda başladı. Bu dövr xalqımız üçün sınaq dövrü oldu. Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID-19 dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır".