“Kölə İzaura” serialının rejissoru Milton Qonsalves vəfat edib
- 2-06-2022, 10:23
- Mədəniyyət / Manset
Rusiyada məşhur “Kölə İzaura” (“Rabınya İzaura”) serialının rejissoru kimi tanınan braziliyalı sənət adamı Milton Qonsalves mayın 30-da 88 yaşında dünyasını dəyişib.
Qonsalves iki il əvvəl keçirdiyi işemik insultun təsirləri nəticəsində evində dünyasını dəyişib. Ümumilikdə yaradıcılıq karyerası illərində o, Braziliyanın “Globo” telekanalının 40-dan çox layihəsinin aktyoru və rejissoru kimi fəaliyyət göstərib.
Mayın 31-də Rio-de-Janeyro şəhər teatrında vida mərasimi keçirilib, bundan sonra aktyor kremasiya edilib və Kaju bölgəsindəki yerli San-Fransisko Ksavye qəbiristanlığında dəfn edilib.
Rejissor 1965-ci ildə yaradılan “Globo” telekanalına işə dəvət alan ilklərdən olub. Kino sənayesində işlədiyi müddətdə Qonsalves 100-dən çox layihədə iştirak edib.
Aktyor həm də Braziliyadakı “qara hərəkat”ın fəalı olub və hətta Rio-de-Janeyro ştatının qubernatorluğuna namizədliyi irəli sürülüb. O, aktyorluq və rejissorluq karyerasını ictimai fəaliyyətlə uğurla birləşdirib.
Milton Qonsalves xalqın arasından çıxmış və çəkməçidən məşhur aktyora qədər çətin bir yol keçmiş şəxsdir. 1976-cı ildə o, dünya şöhrətli “Kölə İzaura”nın ikinci rejissoru kimi fəaliyyət göstərib. Romanın orijinalı öz dövrü üçün çox proqressiv hesab olunurdu və Braziliyada yalnız 20 il sonra – 1888-ci ildə ləğv edilən köləliyi pisləyirdi. Filmin süjet xətti sevgi və azadlıq uğrunda mübarizənin tarixinə həsr olunub.