Главная > Manset > DSX-nin Akademiyasına qəbul elan edildi

DSX-nin Akademiyasına qəbul elan edildi


7-12-2020, 09:52. Разместил: azadses
Dövlət Sərhəd Xidməti (DSX) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edib.
DSX-nin Mətbuat Mərkəzindən ''Azad Səs''-ə bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaqdır.
Nami­zədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • ərizə;
  • anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
  • orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
  • (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
  • 2021-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün –
  • DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxın­lıqda yerləşənhərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir.
Əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47
Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir.

Вернуться назад