O, havanın çirklənməsinin sağlamlığa, iqtisadiyyata və ekosistemlərə ciddi mənfi təsirləri olan ekoloji problem olduğunu söyləyib.
Körpələrin hələ ana bətnində olarkən hava çirkliliyindən mənfi təsir gördüyünü deyən professor sözlərinə bu cür davam edib: “Sənaye, nəqliyyat və istilik nəticəsində havaya atılan çirkləndiricilər astma, ürək-damar, tənəffüs yolu və ağciyər xəstəliklərini artırır. Elmi araşdırmalar bunun ölümə səbəb olduğunu göstərir. Hava çirkliliyi tədricən öldürən görünməyən gizli qatildir”.