Главная > Manset > 26 ildən sonra azadlığına qovuşan Suqovuşan - VİDEO
26 ildən sonra azadlığına qovuşan Suqovuşan - VİDEO3-12-2020, 12:56. Разместил: azadses |
Suqovuşan (işğal dövründə: Madagiz) — Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənddir. ''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Qeyd edək ki, Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib. Вернуться назад |