Главная > Manset > FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı
FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı3-12-2020, 08:58. Разместил: azadses |
Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq rəisi Abdullayev Abdulla Əbülfəz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, təqdimat təmin edilib və A.Abdullayevin həbs müddəti artırılıb. Qeyd edək ki, A.Abdullayev balıqçılardan rüşvət qismində pul almaqda təqsirləndirilərək həbs edilib. Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Вернуться назад |