Главная > Manset > 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILDI

20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILDI


20-01-2020, 10:56. Разместил: azadses
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. RPŞ-nin şəxsi heyəti, polis veteranları və tarixçilərin də iştirakı ilə keçirilən tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk öncə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Vəfadar Orucov 20 Yanvar faciəsi barədə bildirib ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib. Ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunub. V.Orucov 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib. O, 1990-cı il yanvarın 20-də baş verən faciəvi hadisələrə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini də diqqətə çatdırıb.
​Daha sonra çıxış edənlər 20 Yanvar hadisəsinin xalqımzın qəhrəmanlıq tarixindəki rolundan danışıblar, həmin günün şərəf və ucalıq rəmzi olduğunu bildiriblər. Azərbaycanın azadlıq uğrunda mübarizəsini boğmaq , ona mənəvi zərbə vurmaq istəyənlərə qarşı xalqımızın layiqli cavab verdiyini söyləyiblər.

Вернуться назад