Главная > Manset > Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib


30-11-2020, 11:38. Разместил: azadses
Təhsil naziri Emin Əmrullayev Tibb Universitetinin avtomobil qəzasında ölən tələbələrinin yaxınlarına başsağlığı verib.
''Azad Səs'' xəbər verir ki, başsağlığında deyilir:
"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.
Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.
Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!".

Вернуться назад