Главная > Manset > "Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar"

"Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar"


15-01-2020, 12:10. Разместил: azadses
Prezidentlə birlikdə 90 illiyini qeyd edən akademikin 60 il gözlədiyi "elektriçka"
"Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu". Ötən gün 90 illiyi qeyd edilən görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə həyatı ilə maraqlı faktı prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya danışıb. O, Pirşağıdakı dəyişiklərdən razılığını belə dilə gətirib. 
"Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?".
Onun sözlərinə görə, atası Pirşağıda ev tikdirəndə bu ev demək olar, kəndin bütün evlərindən yaxşı idi. "İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya oxşayır. Bu dəyişikliklərin hamısı bizim müstəqilliyimizin vaxtında yarandı. Bu, böyük işdir. Ona görə mən Sizə uzun ömür, cansağlığı arzu edirəm".




Вернуться назад