Главная > Manset > Eldar Əzizov icra başçılarını topladı

Eldar Əzizov icra başçılarını topladı


24-11-2020, 12:16. Разместил: azadses
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
 
Verilən məlumata görə, videomüşavirədə koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilib və konkret tapşırıqlar verilib.
 
Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilib ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir.

Вернуться назад