Главная > Manset > Azərbaycanda yeni qazma şirkəti yaradılıb

Azərbaycanda yeni qazma şirkəti yaradılıb


19-11-2020, 08:54. Разместил: azadses
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Oil Rocks Drilling Company” MMC-ni dövlət qeydiyyatına alıb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, yeni şirkət adından göründüyü kimi qazma fəaliyyəti ilə məşğul olacaq.
Kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 73-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçisi isə Əliş Ramiz oğlu Həsənovdur. O, həm də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiridir.
Dövlət Vergi Xidməti yeni şirkətin Müşahidə Şurasının tərkibini də açıqlayıb. Şuraya SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın Ələm oğlu İskəndərov, onun müavini Nüsrət Şıxəli oğlu Əliyev, onun (D.İskəndərovun) müşaviri Orxan Elbrus oğlu Səlimov, SOCAR-ın vergilər şöbəsinin rəisi İlqar Bayram oğlu Əzizov və şirkətin hüquq idarəsinin rəis müavini Tərlan Telman oğlu Tahirov daxildir.

Вернуться назад