Главная > Manset > Daha 7 dövlət əmlakı özəlləşdirilib
Daha 7 dövlət əmlakı özəlləşdirilib18-11-2020, 14:48. Разместил: azadses |
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, komitədən verilən məlumata əsasən, hərracda 7 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 2-si kiçik dövlət müəssisəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Göygöl və Qəbələ rayonlarında yerləşir. Məlumatda bildirilib ki, hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər. Вернуться назад |