Главная > Manset > Həftənin ilk gününün hava proqnozu: Qar, yağış, külək, duman
Həftənin ilk gününün hava proqnozu: Qar, yağış, külək, duman12-01-2020, 12:20. Разместил: azadses |
![]() Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Вернуться назад |