Главная > Manset > MSK-ya yeni sədr seçildi

MSK-ya yeni sədr seçildi


4-11-2020, 10:47. Разместил: azadses
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılıb, komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunub.
 
Müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 3 noyabr tarixli Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
 
Qeyd edək ki, əvvəlcə bu vəzifəni Məhərrəm Əli оğlu Qаsımоv tuturdu.

Вернуться назад