Главная > Manset > ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yazır:Bu saat dünyaya ədalətli müharibədən daha çox ədalətsiz sülh lazımdır!

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yazır:Bu saat dünyaya ədalətli müharibədən daha çox ədalətsiz sülh lazımdır!


8-01-2020, 11:41. Разместил: azadses
Keçən saat ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) ABŞ qoşunlarının yerləşdiyi İraqdakı Əl Əsəd aviabazasını raket hücumuna məruz qoydu... Bunu İran Dövlət Televiziyası təsdiq etdi və "raket hücumuna görə məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürdüyünü" elan etdi.
ABŞ-ın CNN Televiziyasının verdiyi xəbərə görə "bu, üç günlük matəmdən sonra İran generalı Qasem Süleymaninin öldürülməsinə görə ABŞ-a qarşı birbaşa qisasın ilk əlamətidir".
ABŞ-ın İraqdakı Əl Əsəd hərbi bazası 2018-ci ilin dekabrında Prezident Tramp tərəfindən ziyarət edilmişdi. Donald Tramp ABŞ-ın bu hərbi bazasını regionda "İrana nəzarət etmək" üçün İraqda hələ uzun müddət olacağını bəyan etmişdi.
Bu arada tərəflərin bəyanatları da özlərini çox gözlətmədi:
Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu, Telegram mesenger kanalı ilə verdiyi açıqlamada "İnqilab Keşikçiləri tərəfindən şiddətli qisas başladı və Bağdad hava limanında general Süleymaninin Amerikan pilotsuz təyyarəsi tərəfindən öldürüldüyü vaxt, düz saat 1:20-də başladığını" bəyan etdilər. Bundan əlavə İİİKK bir neçə dəqiqə bundan əvvəl bəyan etdi ki, - "İİİKK-nun aerokosmik bölməsinin cəsur əsgərləri şəhid general Qasem Süleymani adına qisas məqsədi ilə ABŞ-ın İraqda yerləşdiyi Əl Əsəd hərbi bazasına onlarla ballistik raketlə uğurlu bir hücum etdi. ...ABŞ-ın bütün müttəfiq ölkələrini xəbərdar edirik - ölkələrindən İran obyektlərinə hücumlar başlasa, onlarda hərbi qisas hədəfi olacaqlar!"
İraqın Birgə Hərbi Komandanlığı ABŞ hərbi bazasına yeddi raketin dəydiyini və ciddi fədsadların yaratdığını söylədi.
Eyni zamanda Ağ Evin Mətbuat Katibi Stefani Qrişambəyan dərhal bundan sonra bəyan etdi ki, "Biz ABŞ-ın İraqdakı obyektlərinə edilən hücumlardan xəbərdarıq. Prezidentə məlumat verildi. Vəziyyəti yaxından izlənilir və Prezident milli təhlükəsizlik komandası ilə məsləhətləşir."
Ümumiyyətlə ABŞ-a qarşı birbaşa hücum çoxları tərəfindən gözlənilmirdi. Bir sıra ciddi analitiklər hətta ABŞ-n general Qasım Süleymanini qətlə yetirilməsini ciddi sürətdə fəsadları və nəticələri planlaşdırılmış kimi qəbul edirdilər, lakin mən bundan əvvəl yazdığım məqalələrdə də dəfələrlə vurğulamışdım ki, İran və Rusiya kimi ölkələr qərbin rasional və məntiqi analizlərindən tam əksinə hərəkətlərin sahibi olmalarını heç vaxt istisna etmək olmaz. Bu da nəticə... ABŞ prezidenti Trampın və bir sıra müttəfiq ölkələrinin aydın şəkildə - "Amerikalılara və ya onların maraqlarına İran tərəfindən hər hansı hücüm olarsa İranın 52, o cümlədən mədəni obyektləri dərhal məhv ediləcək" bəyanatından sonra İran rəhbərliyindən son dərəcə cəsarətli bir hərəkət - ABŞ-ın İraqdakı hərbi bazasının bombardımanı.
Lakin xatırlatmaq istəyirəm ki, bu zərbələr əks tərəf üçün gözlənilən olmalı idi. Axı İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Süleymaninin öldürülməsinə cavab olaraq birbaşa qisas almasının vacib olduğunu söyləmişdi. İranın bu cavabı Türkiyə və bir sıra digər ölkələr tərəfindən hətta qanunauyğunluq kimi qiymətləndirilmişdi. Amma əksər analitiklər Tehranın ABŞ-la müharibəyə səbəb olacağı heç bir addım atmayacağını iddia edirdi.
Yenədə ciddi geopolitik fəlakətdən qurtarmaq naminə danışıqlar masasına əyləşmək məqsədə uyğun hesab edirəm və sözsüz ki, hər ölkə üçün və əsasən xalqları qarşısında məsuliyyət daşıyan siyasətçilər üçün dərhal danışıq masası arxasına əyləşmək yeganə çıxış yolu olardı. Bu təkliflə irəli çıxan dövlət başçısına 2020-ci ilin Sülh uğrunda Nobel mükafatı düşəcəyindən heç şübhə etmirəm!
Allah bu dünyanı qorusun!
Mənbələr: İran Dövlət Televiziyası, CNN, Reuters, The NewYork Times və s.





Вернуться назад