Главная > Manset > Süleymaninin cənazəsində izdiham, ölənlər var
Süleymaninin cənazəsində izdiham, ölənlər var7-01-2020, 13:43. Разместил: azadses |
Generalın nəşi dəfn edilmək üçün doğma şəhəri Kirmana aparılıb Ötən həftə ABŞ tərəfindən öldürülən İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymanini cənazəsi dəfn edilmək üşün Kirman şəhərinə aparılıb. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, cənazə mərasimində iştirak etmək üçün yüz minlərlə insan şəhərin küçələrinə çıxıb. Nəticədə izdiham meydana gəlib. Yaranan izdiham zamanı 35 nəfərin öldüyü bildirilir. Daha 48 nəfər isə yaralanıb. ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilmişdi. Onun üçün Ayətullah Xameneinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb. Tehran şəhərinin Azadi meydanına generalla vidalaşmaq üçün yüzminlərlə insan çıxmışdı. Xatırladaq ki, generalın qətlindən sonra ABŞ və İran arasında münasibətlər daha da gərginləşib. Tərəflər bir-birini qarşılıqlı olaraq hədələyirlər. Вернуться назад |