Главная > Manset > Deputatlıq iddiasında olanlara bu tarixdə “stop” qoyulacaq
Deputatlıq iddiasında olanlara bu tarixdə “stop” qoyulacaq7-01-2020, 13:02. Разместил: azadses |
Azərbaycanda bu il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputatlığa namizədlər artıq Dairə Seçki Komissiyalarına (DSK) sənədlərini təqdim edirlər. Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 6-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib.Onlardan 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub, 2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi qeydə alınıb. Qeyd edək ki, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək namizədlər qeydə alınmaları üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidirlər. Seçki prosesinin bu mərhələsi Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələri ilə tənzimlənir. Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən, namizədlər 2020-ci il yanvarın 10-u saat 18:00-dək qeydə alınması üçün zəruri olan seçki sənədlərin dairə seçki komissiyasına təqdim etməlidirlər. Xatırladaq ki, bu prosesə 2019-cu il dekabrın 21-dən start verilib. Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Deməli, deputatlığa namizədlər 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 08:00-ə qədər təbliğat kampaniyası aparacaqlar. Вернуться назад |