Главная > Manset > Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb

Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb


28-10-2020, 10:16. Разместил: azadses
Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydasına dəyişiklik edilməsi ilə bağlı qərarını imzalayıb.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, qərara əsasən, Dövlət Turizm Agentliyinin (DTA), tabeliyində olan qoruqların əraziləri ilə bağlı səlahiyyətləri artırılıb.
Belə ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqların ərazilərinə münasibətdə milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, milli mədəni irsə aid edilən kulinariya nümunələri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə cavabdeh qurum elə Agentlik olacaq.

Вернуться назад