Главная > Manset > Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb27-10-2020, 12:25. Разместил: azadses |
Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır. ''Azad Səs'' xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə bəyanatda qeyd olunub. "Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir", - bəyanatda vurğulanıb. Вернуться назад |