Главная > Manset > Hərbi mənbədən təhlükəli AÇIQLAMA: “Top” Tehrandadır, cavablarını gözləyirik
Hərbi mənbədən təhlükəli AÇIQLAMA: “Top” Tehrandadır, cavablarını gözləyirik4-01-2020, 13:04. Разместил: azadses |
ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” bölməsinin komandanı Qasım Süleymaninin öldürülməsi əmrini iki ay öncədən verə bilərdi. Azadsəs-in məlumatına görə, bu barədə “Politico” nəşri Pentaqonun yüksək rütbəli əməkdaşına istinadən yazıb. Nəşr son iki ayda ABŞ-ın İraqdakı bazalarına raket zərbələrinin çoxaldığına diqqət çəkib. Qeyd olunub ki, Prezident Tramp məhz buna görə Pentaqona Q.Süleymaninin tez bir zamanda öldürülməsi də daxil olmaqla geniş fəaliyyət azadlığı verib. Hərbi səlahiyyətli şəxslərdən biri deyib ki, Yeni il tətilindən öncə onlara Q.Süleymaninin öldürülməsi ilə bağlı icazə verilib. Bununla belə o, müvafiq əmrin konkret nə zaman verildiyini dəqiqləşdirməyib. Mənbə İranın mümkün cavab tədbirləri barədə də danışıb. O bildirib ki, hazırda “top” Tehran tərəfindədir. “Biz onların cavabını gözləyirik”,-deyə mənbə əlavə edib. Qeyd edək ki, Pentaqon yanvarın 3-də Bağdad hava limanının yaxınlığında Q.Süleymaninin raket zərbəsi ilə öldürüldüyünü bəyan edib. ABŞ Müdafiə Nazirliyi əmrin Donald Tramp tərəfindən verildiyini və Konqresə əvvəlcədən xəbərdar edilmədiyini bildirib. Вернуться назад |