Главная > Manset > Rəhim Rəhimli telekanal rəhbərliyindən çıxarıldı

Rəhim Rəhimli telekanal rəhbərliyindən çıxarıldı


4-01-2020, 13:02. Разместил: azadses
“MTV Azərbaycan” televiziyasının direktoru müğənni Rəhim Rəhimli işdən çıxarılıb.
Axşam.az xəbər verir ki, artıq bir neçə müddətdir müğənni işə çıxmır. Onun yerinə ATV-nin keçmiş vitse-prezidenti Həsən Abdullayev gətirilib. Həsən Abdullayev iki həftəyə yaxındır ki, direktor kimi vəzifəsini icra edir.  
Televiziya yaxın günlərdə “20 Yanvar” ərazisində yerləşən yeni binada fəaliyyətə başlayacaq.Xatırladaq ki, Rəhim Rəhimli 2018-ci ilin iyunundan kanala direktor təyin edilib.
Həsən Abdullayev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və İTV-nin baş direktorun müavini vəzifələrində çalışıb.



Вернуться назад